Главная > Baş Xəbər > Türkman və ərəblərdən Türkiyəyə çağırış: İmkan verməyin

Türkman və ərəblərdən Türkiyəyə çağırış: İmkan verməyin


25-09-2017, 22:57.

Suriyanın ərəb və türkman tayfaları ölkənin şimalında kürd dövlətinin yaradılmasının qarşısını almaq üçün Türkiyəyə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, yayımlanan bəyanatda sözügedən tayfaların Deyr əz-Zor, Haseke, Rakkada yaşadığı bildirilib.

"Regionumuzda etnik dayaqları olan kürd dövlətinin yaradılmasının qarşısını almaq üçün Türkiyəyə çağırış edirik”, - bəyanatda bildirilib.

Türkman və ərəblər PYD-ni terror qruplaşması kimi qəbul etdiklərini də açıqlayıblar.

 


Вернуться назад