Главная > Mövqe > Kərkük qarışıdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

Kərkük qarışıdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var


25-09-2017, 21:38.

                       Kərkük qarışıdı: türkmənlər peşmərgə ilə döyüşür -Ölənlər var

İraqın Tuzhurmatu bölgəsində əksəriyyəti türkmənlərdən ibarət olan "Haşdi Şabi" ilə peşmərgə arasında silahlı qarşıdurma yaşanıb.

Teleqraf.com xəbər verir ki, Kərkükdə yaşayan türkmənlərin yaydığı məlumata görə, atışma zamanı 2 peşmərgə məhv edilib. Yaralıların olduğu bildirilir.

Bu arada İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salehi sosial media hesabından olayla bağlı açıqlama verib:

"Söyləmişdik. Referendum çözüm deyil. Budur, az öncə silahlı türkmənlər ilə peşmərgə Tuzhurmatuda atışmaya başladı".

 


Вернуться назад