Главная > Ölkə / Aktual > "Neftçi” "Neftçala"nı uda bilmədi -FOTOLAR

"Neftçi” "Neftçala"nı uda bilmədi -FOTOLAR


17-01-2016, 19:55.

 

Mövsümün ikinci yarısına Bakıda hazırlaşan klubların iştirakı ilə keçirilən turnirdə bu gün növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Bayıl stadionunda baş tutan qarşılaşmada Premyer Liqa təmsilçisi ilə I divizion komandası üz-üzə gəlib.

 

İlk oyunda AZAL-a qalib gələn "Neftçi” birinci divizionun lideri "Neftçala” ilə qarşılaşıb.

 

Bakılılar 13-cü dəqiqədə azlıqda qalıblar. Buna baxmayaraq, ikinci hissədə Araz Abdullayev hesabı açıb. Qoldan sonra Cavid İmamverdiyevin də ikinci sarı vərəqə ilə meydanı tərk etməsindən sonra 9 nəfərlə qalan Əsgər Abdullayevin yetirmələri oyuna əlavə olunan dəqiqələrdə qalibiyyəti əldən veriblər.

 

 

17 yanvar

"Neftçi” – "Neftçala” – 1:1

Qollar: Araz Abdullayev, 71 - Əliyev, 90+2

Qırmızı vərəqələr: Ruslan Qurbanov, 13, Cavid İmamaverdiyev, 75 (hər ikisi "Neftçi")

Bayıl stadionu

 

1.

Neftçi

2

1

1

0

2-1

4

2.

AZAL

2

1

0

1

2-1

3

3.

Neftçala

2

0

2

0

3-3

2

4.

Şərurspor

1

0

1

0

2-2

1

5.

MOİK

1

0

0

1

0-2

0

 


Вернуться назад