Главная > Sosial > Neftçalada çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb

Neftçalada çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb


25-09-2017, 20:28.

Azərbaycan prezidenti İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Вернуться назад