Главная > İdman > “Roma”da ciddi itki: “Qarabağ”la oyun...

“Roma”da ciddi itki: “Qarabağ”la oyun...


24-09-2017, 18:22.

"Roma” Çempionlar Liqasının "Qarabağ”a qarşı keçiriləcək oyununa ciddi itki ilə çıxacaq.

Qol.az-ın xəbərinə görə, komandanın argentinalı hücumameylli yarımmüdafiəçisi Dieqo Perotti dünən "Udineze”yə qarşı A seriyasının 6-cı turunun görüşündə zədə alıb. İlkin məlumata görə, 29 yaşlı futbolçu bu səbəbdən 10 gün müddətinə yaşıl meydanlardan uzaqda qalacaq.

İtaliya mətbuatı Perottinin "Qarabağ”la yanaşı gələn həftənin bazar günü "Milan”la matçı da buraxacağını yazıb.

Xatırladaq ki, ÇL-in ikinci turunun "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 


Вернуться назад