Главная > Ümumi > “Qədir-Xum” xütbəsinin qısa təhlili
“Qədir-Xum” xütbəsinin qısa təhlili8-09-2017, 11:28. |
Mərhəmətli, rəhmli Allahın adı ilə! Hz. Peyğəmbər (s) xütbəyə ilk öncə Allah- təalaya həmd-səna ilə başladı. Allahın qüdrət və rəhmət sifətlərini zikr etdikdən sonra onun müqabilində öz bəndəliyinə şəhadət verdi. Sonra Peyğəmbər (s), İmam Əli (ə) ilə bağlı çox mühüm bir məsələni xalqa çatdırdı. Peyğəmbər (s), onu da bildirdi ki, bu xəbəri xalqa çatdırmasa, peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş sayılacaq. O həzrət, buna görə Allahın əzabından qorxduğunu dedi. Qədir-Xum hadisəsinin ən önəmli məqamı da məhz bundan ibarətdir. Daha sonra O həzrət (s), "imamlıq” məqamı haqqında məlumat verib özündən sonra gələcək on iki imamın imamət və vilayət sahibi olacaqlarını bəyan etdi. Həzrətin buyurduqlarında, on iki imamın vilayətinin bütün zaman, məkan və insanlara aid olması, digər bir mühüm məsələ kimi gözə çarpır. Əhli-beytin (s) sözü və qərarı, həyatın bütün sahələrində qəti dəlildir. Onlar, Peyğəmbərdən (s) sonra Allahın həqiqi nümayəndələri, Onun halal-haramını açıqlayan yeganə mötəbər şəxslərdir. Peyğəmbər (s), xütbə əsnasında imam Əlini (ə) camaata belə təqdim etdi: "منکنت مولاه فهذا علیمولاه اللهم وال منوالاه و عاد منعاداه و انصر مننصره و اخذل منخذله" "Mən kimin rəhbəriyəm (əmr sahibi) Əli (ə) də onun rəhbəridir. İlahi! Onun dostları ilə dost, düşmənləri ilə düşmən ol və onu xar etmək istəyənləri xar et". Dinin tam və kamilliyini imamların vilayəti ilə əlaqələndirdi. Sonra Allah, mələklər və camaatı şahid tutdu. Xütbənin davamında Hz. Peyğəmbər (s) buyurdu: "İmamların vilayətini inkar edənlərin əməlləri qəbul olmaz və o şəxslərin yeri cəhənnəmdir”. Həzrət sonra imam Əlinin (ə) bəzi fəzilət və dəyərlərini açıqlayaraq (s) bildirdi ki, Əhli-beytə düşmən olan hər kəsə Allahın qəzəbinə tuş gələcək. Sonra Qurani-kərimdən bəzi əzab ayələrini tilavət edib "Bu ayələrdə məqsəd mənim bəzi səhabələrimdir” deyərək özündən sonra Əhli-Beytin (ə) məqam və haqqını qəsb edənləri lənətlədi. Peyğəmbər (s) xütbəsində Əhli-beytin məhəbbət və vilayətinin təsirlərini açıqladı; Həmd surəsində deyilən "doğru yol”-un Əhli-beytin (ə) tərəfdarı olmaqda xülasə etdi (mənalandırdı). Peyğəmbər (s), Quranda cənnətdən bəhs edən əyələri, məhz Əhli-Beyt (ə) tərəfdarlarının məqamı haqqında nazil olduğunu bildirdi. Sonda Peyğəmbər (s), 12-ci imam barədə mühüm məsələlərə işarə etdi. İmamın xüsusiyyətlərini açıqladı. Həzrət (ə) müjdə verib bildirdi ki, məhz onun vasitəsi ilə dünyada ədalət bərpa olacaq. Peyğəmbər (s), camaatı özü və imam Əli (ə) ilə "beyət" etməyə dəvət edərək bu beyətin Allahın əmri ilə olduğunu dedi. Peyğəmbər (s) ilahi əhkam barədə danışdı: "Mən halal və haramı imamların vasitəsi ilə qiyamətə qədər bəyan edirəm. Onların elm və əməlləri haqqdır.” Həzrət peyğəmbər (s) on iki imama itaət etməyi və bu mühüm hadisəni gələcək nəsillərə çatdırmağı əmr etdi. Xütbədən sonra camaat İmam Əliyə (ə) beyət etdilər. Hz. Peyğəmbər (s) sonda əmrlərini inkar edənlərı qarğıdı və onu təsdiqləyənlər üçün dua etdi. Xütbə, Allaha həmd-səna ilə başa çatdı. "الاو انّی قدبایعت الله و علیٌّقد بایعنی و اناآخذکم بالبیعة له عنالله عزّ و جلّانّ الذین یبایعونک انّمایبایعون الله، ید اللهفوق ایدیهم. فمن نکثفانّما ینکث علی نفسهو من اوفیبما عاهد علیه اللهفسیؤتیه اجراً عظیماً" "Agah olun ki, mən Allaha beyət etmişəm, Əli (ə) də mənə beyət etmişdir və mən sizdən onun üçün Allahın əmri ilə beyət alıram. Onunla beyət edənlər Allaha beyət etmişdir. Allahın (qüdrət) əli bütün əllərdən (qüdrət və güclərdən) üstündür. Hər kəs zülm etsə özünə edib və hər kəs əhdinə vəfa etsə ona böyük əcr və savab veriləcəkdir. Şəhriyar Əliyev-ilahiyyatçı yazar Uluyol.info
Вернуться назад |