Главная > Dünya > Kubada qasırğanın yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib

Kubada qasırğanın yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib


8-09-2017, 23:44.

Kubanın şərq bölgəsində "İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.

Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb.

Bundan əvvəl "İrma" qasırğası Karib adalarında 8 nəfərin ölümünə səbəb olub.


Вернуться назад