Главная > Media > Teymur Kərimova təzyiqlər davam edir-Bu dəfə qaynını həbs etdilər

Teymur Kərimova təzyiqlər davam edir-Bu dəfə qaynını həbs etdilər


7-09-2017, 11:02.

Sentyabrın 2 də Teymur Kərimovun Bakıda yaşadığı evə Sabunçu polis idarəsinin işciləri gəlmiş həmin evdə heç yaşamadığından getmişlər. Axşam saatlarında Tərtər rayon polis idarəsinin işciləri Teymur Kərimovun atasının və ailəsinin hal-hazırda yaşadığı Tərtər rayonu Bəyimsarov kəndinə gəlmiş Teymurun həyat yoldaşını və uşaqlarını yeznəsi və bacısının adlarını qeydiyyata almışlar.

Sentyabr 3 də yenidən Kəlbəcər rayon İcra Hakimyyətinin müavini Teymur Kərimovun dayısına zəng edərək bildirmişdir ki, Teymur Kərimovu ölkəyə gətirin yoxsa birdə ailəsinin üzünü görməyəcək. Eyni gündə Teymur Kərimovun qaynı İlkin Namazlıya Tərtər rayon polis idarəsindən zəng edərək onu polis idarəsinə dəvət edirlər. Sentyabrın 4-dü tarixində Bakıdan Tərtərə gedən İlkin Namazlı polis idarəsinə gedir, və axşam saatlarına qədər ondan xəbər çıxmır, axşam saatları məlum olur ki, İlkin Namazlı polisə müqavimət maddəsi ilə 25 sutka həbs olunub. Və hal-hazırda Tərtər rayon polis idarəsində saxlanılır ailəsi ilə görüşə icazə verilmir.Bu sözləri Reportyor.org-a jurnalist Teymur Kərimov özü məlumt verib.Qaynının həbsini onun jurnalist fəaliyyətinin susdurulması üçün atıldığını vurğulayıb.

 


 


Вернуться назад