Главная > Baş Xəbər > Şimali Koreyanın nüvə obyektlərinə hücum hazırlanır

Şimali Koreyanın nüvə obyektlərinə hücum hazırlanır


4-09-2017, 12:46.

Şimali Koreyanın 6.3 bal gücündə zəlzələyə səbəb olan hidrogen bombası testindən sonra Koreya yarımadasında təzyiqlər daha da yüksəlib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın nüvə sınağından sonra, Cənubi Koreya şimalın nüvə obyektlərinə hücum etmək üzərində çalışır.

Məlumata görə, şimalın nüvə sınağından sonra Cənubi Koreya bəzi raket sınaqları həyata keçirib. Cənubi Koreya Müdafiə Nazirliyi Şimali Koreyanın yeni bir raket sınağına hazır olduğunu söyləyib. Nazirlik səlahiyyətlisi müvəqqəti raket sınaqlarının qitələrarası ballistik raket ola biləcəyini də bildirib.

Cənubi Koreyanın müdafiə naziri danışıqlar aparmaq əvəzinə əsgərə cavab verməyin vaxtının gəldiyini və bu məsələdə prezident Moonla razılaşdıqlarını da bildirib.

ABŞ prezidenti Tramp Cənubi Koreyanın güzəştə meylli siyasətini tənqid edib. ABŞ müdafiə naziri Jim Mattis isə Şimali Koreyadan yönələcək hər hansı bir təhlükənin hərbi cavab görəcəyini deyib.



Вернуться назад