Главная > İdman > Cüdoçumuz Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb

Cüdoçumuz Elmar Qasımov dünya çempionatının bürünc medalını qazanıb


2-09-2017, 22:17.

Azərbaycanın iki cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatında qarşılaşıb.

"Report" xəbər verir ki, çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Elmar Qasımov komanda yoldaşı olan rəqibini məğlub edib.

Bununla da o, Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.

 


Вернуться назад