Главная > Dünya > Moskvada təyyarə qəzaya uğradı – 2 ölü

Moskvada təyyarə qəzaya uğradı – 2 ölü


2-09-2017, 14:40.

Moskva yaxınlığındakı Balaşix bölgəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı informasiya yayıb.

"Şənbə günü Balaşix bölgəsi yaxınlığında ilk An-2 təyyarəsinin istehsalının ildönümü ilə əlaqədar nümayiş uçuşları təşkil edilib. Çıxışlardan biri zamanı pilot təyyarəyə nəzarəti itirib və təyyarə aşağı hündürlükdə yerə çırpılıb", - məlumatda bildirilib.

Hadisə nəticəsində 2 nəfərin öldüyü qeyd olunub.

 


Вернуться назад