Главная > Ölkə / Aktual > Milli Məclisin növbədənkənar iclası keçiriləcək

Milli Məclisin növbədənkənar iclası keçiriləcək


16-01-2016, 22:04.

 

Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı 

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. APA-nın xəbərinə görə, iclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.


Вернуться назад