Главная > Media > “Basta”nın 2 yaşı qeyd edildi - FOTO

“Basta”nın 2 yaşı qeyd edildi - FOTO


30-08-2017, 18:32.

"Basta” saytının fəaliyyətə başlamasından 2 il ötdü. Bununla əlaqədar bu gün Müsavat Partiyasının qərargahında tədbir keçirildi.

Çay süfrəsi arxasında keçirilən tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Müsavat başqanının müavini Fərəc Kərimli, MNTK sədri Sevinc Hüseynova, vəkillər Nemət Kərimli və Osman Kazımov, MNTK üzvü Xuraman Bağırova, Divan üzvü Razim Əmiraslanlı, Arqument.az saytının baş redaktoru Şəmşad Ağa, MGT sədri Əbülfəz Sadıxbəyli, Məclis üzvləri Sevda Laçınlı, Nigar Yaqublu, Kəmalə Bəhlulova, Niyaz Nəsir, Kərimxan Zeynalov, Yusif Tağı, Arzulla Buludov, Haqverdi Haqverdili, Kamil Xeyrullayev, Namiq Niftiyev, Nazim Azadoğlu, Ramiz Həsənov, Gülxar Rzayeva, Şakir Abbasov, Raymonda Əliyeva və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları baş redaktor Mustafa Hacıbəylini, saytın əməkdaşları Könül Alı,Azər İsmayıl,Heybət Əmrah, Rüfət Baxışbəyli, veb-admin Tural Hacıbəyli, fotoreportyorlar Mehman Kamran və Rəşad Qurbanovu,Ramin Deko başda olmaqla saytın yaradılmasında və fəaliyyətində rolu olan bütün jurnalistləri təbrik etdilər.

Çıxışlarda qeyd edildi ki, hakimiyyətin bütövlükdə mediaya, o cümlədən saytın baş redaktoruna və bəzi əməkdaşlarına qarşı təzyiqlərinə rəğmən, "Basta” saytı media məkanında öz prinsipiallığı ilə seçilən bir neçə KİV orqanından birinə çevrilib. Saytın Müsavat başda olmaqla, demokratik qüvvələrə, siyasi məhbuslara və regionlarda haqqı tapdalanan insanlara dəstək verməsi qiymətləndirildi.

 


Вернуться назад