Главная > Siyasət > Müxalifət siyasi məhbuslara görə bir araya gəldi

Müxalifət siyasi məhbuslara görə bir araya gəldi


30-08-2017, 18:09.

Bu gün Müsavat Partiyasının qərərgahında Siyasi məhbuslara azadlıq tələbi ilə keçrilən "Azadet” kampaniyasının tədbiri baş tutub.

Bu barədə Abzas.netə tədbirin təşkilatçılarından olan Əbülfəz Qurbanlı məlumat verib.

Əbülfəz Qurbanlı bildirib ki, tədbirdə hüquq müdafiəçiləri, gənclər, siyasətçilər, məhbus ailələri, ABŞ və Almaniya səfirlikləri, media nümayəndələri iştirak edib.

Çıxışçılar və tədbirin təşkilatçıları Azərbaycanda siyasi məhbus problemi davam etdikcə, bu kampaniyaların da davam edəcəyini bildiriblər.

Azərbaycanda 100-dən çox siyasi və ictimai fəal həbs edilib. Onlar öz həbslərinin siyasi sifarişlə həyata keçrildiyini bildirirlər. Bir çox yerli və Beynəlxalq təşkilatlar da bu şəxsləri siyasi məhbus hesab edir.

Azərbaycan prezidenti və ona yaxın adamlar isə, dəfələrlə çıxışlarında bildiriblər ki, Azərbaycanda fikrinə, əqidəsinə, siyasi mənsubiyyətinə görə heç kəsə təzyiq edilmir, həbs edilənlər faktiki cinayət əməllərinə görə həbs ediliblər.

NİDA Vətəndaş hərəkatı və bir qrup gənc siyasi məhbuslara"free” "azadet” kampaniyasına başlayıblar. Onlar bu kampaniyayla yerli və beynəlxalq ictimayyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəldəcəklərin deyiblər.

 


Вернуться назад