Главная > Problem > Alim: "Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq"
Alim: "Xəzərin səviyyəsinin düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq"30-08-2017, 18:48. |
"Qlobal istiləşmənin davam edəcəyi
halda Xəzər dənizinin yalnız Rusiya və Qazaxıstan ərazisində quruyacağı ilə
bağlı fikirlər səsləndirmək düzgün deyil. Çünki Xəzər dənizi birləşmiş bir
qabdır. Qlobal istiləşmə və dənizin səviyyəsinin azalması müşahidə edilərsə,
sahil zonasının hər yerində və dayaz ərazilərdə quruma müşahidə edilə bilər”. İnstitut direktoru əlavə edib ki, yaxın gələcəkdə suyun səviyyəsinin aşağı düşməsinin dayanacağı və ya əksinə, artacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi iqlim dəyişmələri ilə əlaqədardır və bununla bağlı çoxillik proqnoz vermək mümkün deyil:"Bu məsələ elm tərəfindən həll olunduğu zaman Xəzər dənizinin səviyyəsi haqqında da etibarlı və uzunmüddətli proqnozlar vermək mümkün olacaq. Amma mən güman edirəm ki, səviyyənin aşağı düşməsi uzun müddət davam etməyəcək və yaxın zamanlarda dayanacaq. Çünki Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri dənizin səthində buxarlanmanın çoxalmasıdır. Səviyyə getdikcə aşağı düşürsə, dəniz səthinin sahəsi azalır və bu da buxarlanmanın azalmasına gətirib çıxarır. Proqnozlara görə, Volqa hövzəsində yağıntının miqdarı artacaq. Bir tərəfdən buxarlanmanın azalması və yağıntının miqdarının artması, yəni Volqa çayının suyunun artması bu məsələni dayandıracaq. Qeyd edim ki, son 12 ildə Xəzər dənizinin səviyyəsi 1,5 metr azalıb. Bu, böyük rəqəmdir və ölkələrin sosial-iqtisadi həyatına ziyan vura bilər”.
Вернуться назад |