Rusiyanın Birinci televiziya
kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə kanalın mətbuat xidmətindən
RİA "Novosti"yə bildirilib.
Hadisə barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Anna Kurbatovanın adı Ukraynanın məşhur "Mirotvorets"
saytının məlumat bazasında da olub.
Saytın müəllifləri jurnalisti informasiya manipulyasiyasında və Ukraynanın Müstəqillik
günü münasibətilə keçirilən parad barədə qərəzli süjet hazırlamaqda ittiham
ediblər.
Вернуться назад
|