Главная > Baş Xəbər / Türk Dünyası > Bəhram Abbaszadədən etiraz: 40 milyon azərbaycanlı...

Bəhram Abbaszadədən etiraz: 40 milyon azərbaycanlı...


30-08-2017, 17:09.

                               Bəhram Abbaszadədən etiraz: 40 milyon azərbaycanlı...

 

Meşginşəhr Azad İslam Universitetinin keçmiş rektoru, elmlər doktoru Bəhram Abbaszadə İranın Təhsil Nazirliyinə məktubla müraciət edib.

Axar.az xəbər verir ki, o, məktubda Təhsil Nazirliyinin farscada qəliz ləhcəsi olanların məktəblərdə müəllim işləyə bilməyəcəyi barədə qəbul etdiyi yeni qanununu kəskin tənqid edib. Eyni zamanda, İranda 40 milyon türkün olduğu xatırladıb:

"Ləhcə nizamlaması utancvericidir. Bu, Təhsil Nazirliyinin fəaliyyəti tarixində ən qeyri-peşəkar nizamlamaları sırasındadır. İranın 70 milyon əhalisindən 40 milyonu türkdür, qalanı isə kürd, bəluç, ərəb və s. Sizin sayınız isə 200 mindən çox deyil. Kaş ki, ləhcə nizamlaması əvəzinə Təhsil Nazirliyini siyasətdən uzaqlaşdırardınız”.

Xatırladaq ki, avqustun 23-də İranın Təhsil Nazirliyi müəyyən xəstəlikləri və qəliz ləhcələri olanları ibtidai məktəb müəllimi peşəsi üçün müraciətinin rədd ediləcəyini açıqlayıb.

 


Вернуться назад