Главная > Region > Cəbhədə erməni təxribatı davam edir - MN rəsmi məlumat yaydı
Cəbhədə erməni təxribatı davam edir - MN rəsmi məlumat yaydı29-08-2017, 09:59. |
Ermənistan silahlı qüvvələrinin
bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və
qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə
pozub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Вернуться назад |