Главная > Hadisə > Salyanda 33 yaşlı kişi intihar edib

Salyanda 33 yaşlı kişi intihar edib


29-08-2017, 14:03.

Salyanda intihar olub.

APA-nın məlumatına görə, hadisə rayonun Xocalı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Amid Mirhabil oğlu Həsənov yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Вернуться назад