Главная > GÜNDƏM > Avropa Şurasının baş katibi Tornbörn Yaqland Mehman Əliyevin həbsini pisləyib

Avropa Şurasının baş katibi Tornbörn Yaqland Mehman Əliyevin həbsini pisləyib


26-08-2017, 18:20.

Avropa Şurasının baş katibi Tornbörn Yaqland Mehman Əliyevin həbsini pisləyib.

Avropa Şurasının baş katibi Tornbörn Yaqland Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə əlaqədar bəyanatla çıxış edib. "Mənə bildirdilər ki, tanınmış jurnalist, Turan agentliyinin direktoru dünən vergidən yayınma ittihamı ilə saxlanılıb. Saxlanmadan öncə Turan-da axtarış aparılıb.

Agentliyin hesabları dondurulub ki, bu da kollektivi sentyabrın 1-dən işi dayandırmağa məcbur edib”, – bəyanatda vurğulanır. "Avropa Şurası saxlanılan şəxs dövlətin və ya onun vətəndaşlarının təhlükəsizliyinə qorxu yaratmadığı halda lazımsız həbslərə yol verilməməsi üçün cəzaların yumşaldılması istiqamətində Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir.

Bu təşəbbüs prezidentin qərarının tərkib hissəsidir və bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmən Avropa Şurasına təqdim edilib.

Mən Azərbaycan hakimiyyətini Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmətlə yanaşmağa və demokratik cəmiyyətlə bağlı öz öhdəliklərini tam yerinə yetirməyə çağırıram.

Mətbuat və jurnalistlər təqib və ya əsassız müdaxilə təhlükəsi olmadan öz vəzifələrini sərbəst yerinə yetirmək imkanlarına malik olmalıdır”, – T.Yaqland bildirib

 

yaqland
Вернуться назад