Главная > Mənəviyyat > Sakit Kərimovun vəfatından 23 il keçdi

Sakit Kərimovun vəfatından 23 il keçdi


16-01-2016, 16:51.
Sakit Kərimovun vəfatından 23 il keçdi
 
Kərimov Sakit Əyyub oğlunun vəfatından 23 il ötdü.

Sakit Kərimov 1970-ci il fevral ayının 2-də Neftçala rayonu Aşağı Qaramanlı kəndində anadan olub.Kənddəki orta məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirib.Təhsilini 10 saylı Texniki-Peşə məktəbində davam etdirmiş,xarrat ixtisasına yiyələnib.Sverdlovsk vilayətində iki illik hərbi xidmətdə olub.
 
29 dekabr 1992-ci ildə könüllü cəbhəyə yola düşüb.Gəncə batalyonunda bölmə komandiri olub.1993- cü ildə yanvar ayının 16-da Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Sakit Kərimovun adı oxuduğu Qədimkənd kənd orta məktəbinə verilmiş,məzarı Aşağı Qaramanlı kəndindədir.


 

 
Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olanları unutmayaq.
 
 
ULUYOL.İNFO
Saday FƏRƏCOV
 



Вернуться назад