Главная > Ölkə / GÜNDƏM > Müsavat Partiyası 25 oktyabr tarixində mitinq edəcək

Müsavat Partiyası 25 oktyabr tarixində mitinq edəcək


23-10-2015, 17:36.

mitinqMüsavat başqanının müavini Gülağa Aslanlı və partiyanın səlahiyyətli nümayəndəsi Nemət Kərimli bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar.

Bu haqda "Basta"ya Gülağa Aslanlı məlumat verib. BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı Şəhər prokurorluğunun təmsişçisi Müsavat yetkililəri ilə partyanın oktyabrın 25-nə təyin etdiyi görüş-mitinqin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər. Kütləvi tədbirlər ərəfəsində prosedura uyğun olaraq bu tipli dəvətlərin ənənəvi təbii olduğunu bildirən Gülağa Aslanlı görüşdən razı qaldığını bildirib. "Görüşə gələn insanların təhlükəsizliyinin və sərbəst şəkildə gəlib-gedə bilməsinin təmin olunması, eləcə də tribunanın qurulmasına dair bəzi təkliflərimiz vardı, bu təkliflər qəbul olundu", - Gülağa Aslanlı bildirib.

Xatırladaq ki, Görüş-mitinq oktyabrın 25-də (bazar günü) saat 15:00-dan 17:00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçiriləcək (keçmiş "Məhsul” stadionu). Tədbir Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Görüşdə  Müsavat Partiyasının seçki platforması haqqında partiyanın başqanı  Arif Hacılının, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd İsa Qəmbərin  və digər namizədlərin  çıxışları olacaq, problemlərin həlli yollarından danışılacaq. 

bastainfo.com


Вернуться назад