Главная > Mövqe > “Ziya Məmmədov artıq etimadı itirib, vəzifədən getməlidir”

“Ziya Məmmədov artıq etimadı itirib, vəzifədən getməlidir”


16-10-2015, 23:59.

"Uluyol.info" xəbər verir ki, F.Ağamalı "Qafqazinfo”ya müsahibəsində Z.Məmmədovun ölkə rəhbərliyi yanında etimadı itirdiyini qeyd edib. "Siz Ziya Məmmədovun vəzifədən azad edilməsinin tərəfdarısınızmı” sualına cavabında deputat belə deyib:

fezail agamali"Əgər bu sualı Ziya Məmmədovun çətin olmayan vaxtında versəydiniz, cavab verərdim. İndi isə Ziya Məmmədov çətin durumdadır. Görünən budur ki, artıq Ziya Məmmədov etimadı itirib. Etimadı itiribsə, vəzifədən getməlidir. Mənim tərəfdar olub-olmamağımdan asılı olmayaraq, bu məsələni həll edən ölkə prezidentidir. Burada siyasətçilərin və vətəndaşların məsələyə reaksiya verməsi həlledici deyil. Mənə elə gəlir ki, sizin sualınıza konkret cavab verə bilməyəcəm”.

F.Ağamalının sözlərinə görə, vaxtilə onun Z.Məmmədovla şəxsi əlaqələri olub.

"Vaxtilə mən nazirlikdə işləyəndə müxtəlif toplantılarda görüşüb salamlaşmışıq. Onunla mənim məsafəli münasibətim olub” deyən F.Ağamalı bildirib ki, son günlər nazir barəsində yazılanlardan sonra onunla ünsiyyət qurmayıb:

"Bir daha təkrar edirəm ki, onunla görüşlərim ancaq rəsmi tədbirlərdə baş tutub. Onunla son dəfə hansı tədbirdə rastlaşmağım yadıma gəlmir. Ümumiyyətlə isə mənim ölkənin icra strukturları, nazirləri ilə ölçülü-biçili münasibətim var. Mən münasibətlərin bu cür saxlanılmasına üstünlük verirəm və bu mənim seçimimdir”.


Вернуться назад